28 yaşlı şəxsin kanala düşməsi ilə bağlı yeni detallar: Avtomobil işlək vəziyyətdə idi - Foto
Quba rayonunda suvarma kanalına yıxılaraq itkin düşən 28 yaşlı Xəyal Muradovun başına gələn hadisənin bəzi detalları məlum olub.

Dərc edilib:
2 dəq oxu
Baxış: 0
Müəllif: Super Admin
Quba rayonunda suvarma kanalına yıxılaraq itkin düşən 28 yaşlı Xəyal Muradovun başına gələn hadisənin bəzi detalları məlum olub.
Oxu.Az xəbər verir ki, hadisə noyabrın 22-də saat 15 radələrində Quba şəhəri yaxınlığında, Qudyalçay ərazisində qeydə alınıb.
Xəyal Muradovun qayınatası Vidadi Balayevin bildirdiyinə görə, kürəkəni hadisə günü çınqıl daşımaq üçün karxanaya gedib. İşini başa vurub geri dönərkən avtomobilinin mühərrikinin həddindən artıq qızdığını görüb və kanaldan su götürmək qərarına gəlib. Lakin su götürmək istəyərkən ehtiyatsızlıqdan ayağı sürüşüb və kanala düşüb.
Vidadi Balayev hadisədən təxminən üç saat sonra xəbər tutduğunu deyib:
"Hadisə yerinə çatanda avtomobilin işlək vəziyyətdə idi, lakin kürəkənim ərazidə yox idi. Onun mobil telefonu və gödəkçəsi də maşında qalmışdı".
Qayınata bildirib ki, hadisədən sonra Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, rayon icra hakimiyyəti və polis orqanlarına müraciət edib. O, axtarışların asanlaşdırılması üçün kanala suyun verilməsinin dayandırılmasını istəyir.
Xəyal Muradovun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
İqbal Ziya
Qubada gəncin su kanalında batdığı ehtimal edilir.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Mirzəməmməd kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov "KamAZ" markalı avtomobili üçün kanaldan su götürmək istəyərkən ehtiyatsızlıq edərək sürüşüb və suya düşüb.
Hazırda itkin düşdüyü ehtimal olunan şəxsin axtarışları davam etdirilir.
İqbal Ziya
Mənbə: Oxu.az. Xəbər Oxu.az-ın icazəsi ilə dərc olunub.
Mənbələr
- Oxu.az — Agentlik



