Əsas məzmuna keç

Dünya

Almaniya məktəbləri kütləvi şəkildə mina xəbərdarlığı alıb

Almaniyanın bir çox federal əyalətlərində və qonşu Danimarkada məktəblərə minalanma barədə mesajlar daxil olub. Polis kütləvi təhdidlərin real olmadığını və təhlükə daşımadığını bildirir.

Almaniya məktəbləri kütləvi şəkildə mina xəbərdarlığı alıb
Foto: Oxu.az

Dərc edilib:

1 dəq oxu

Baxış: 0

Müəllif:

Almaniyada ümumtəhsil məktəblərinə kütləvi şəkildə minalanma ilə bağlı xəbərdarlıq ismarışları daxil olub.

Oxu.Az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən təhdid mesajları Baden-Vürtemberq, Türinqiya, Aşağı Saksoniya və digər federal əyalətlərdəki təhsil müəssisələrinə göndərilib.

Türinqiya polisi bu hədələrin gerçək olmadığını bildirərək məktəblərə təxliyə prosesini həyata keçirməməyi tövsiyə edib. Bundan əvvəl Baden-Vürtemberq əyalətinin Frayburq-im-Braysqau şəhərinin polis idarəsi regiondakı 450-dən çox məktəbə analoji ismarışların gəldiyini açıqlamışdı. Şəhər hüquq-mühafizə orqanları təhsil ocaqları üçün hər hansı bir real təhlükə əlaməti görmədiklərini də vurğulayıblar.

Qonşu Danimarkanın polis idarəsi də noyabrın 23-də yerli məktəblərə elektron poçt vasitəsilə minalanma barədə kütləvi məktubların göndərildiyini bəyan edib. Danimarka hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizlik üçün real təhdidin olmadığını düşünürlər.

Mənbə: Oxu.az. Müəllif: İlhamə Əliyeva. Xəbər Oxu.az-ın icazəsi ilə dərc olunub.

Xəbərə münasibət

Mənbələr