Əsas məzmuna keç

Cəmiyyət

Reanimasiyaya yerləşdirilən sənətçi Ciqurda danışdı: "Həkimlər də təəccübləndilər" - Video

Rusiyalı məşhur aktyor Nikita Ciqurda infarkt keçirərək təcili olaraq xəstəxanaya yerləşdirilib. Aktyorun həyat yoldaşı Marina Anisina onun reanimasiya şöbəsində olduğunu təsdiqləyib.

Reanimasiyaya yerləşdirilən sənətçi Ciqurda danışdı: "Həkimlər də təəccübləndilər" - Video
Foto: Oxu.az

Dərc edilib:

2 dəq oxu

Baxış: 0

Müəllif:

Xəstəxanaya yerləşdirilən rusiyalı sənətçi Ciqurda "ayaqüstə" infarkt keçirdiyini açıqlayıb.

Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən məlumat verir.

İfaçının sözlərinə görə, onun olduqca yüksək qan təzyiqi olub, sinəsində yanma hissi və nəfəs darlığı olub, aritmiyadan əziyyət çəkib. O qeyd edib ki, həkimlər onun necə sağ qaldığına təəccübləniblər.

Bundan əlavə, sənətçi bildirib ki, çox sayda mahnı yazıb və buna görə də "getməkdən qorxmur".

Ciqurdanın sözlərinə görə, həkimlər ona aktiv çəkilişlər, ağır fiziki yüklənmə və padel (tennisə çox bənzəyən idman növü) oynamağı qadağan ediblər. Lakin sənətçi buna əməl etməyib və ağır fiziki sınaqlar olan layihələrdə çəkilməyə davam edib.

Hazırda onun iştirakı ilə olan bütün çəkilişlər qeyri-müəyyən müddətə dayandırılıb.

Rusiyalı aktyor Nikita Ciqurda infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə onun həyat yoldaşı Marina Anisina "NEWS.ru" nəşrinə məlumat verib.

Onun sözlərinə görə, aktyor reanimasiyadadır. Onun vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.

"Bəli, bu xəbər doğrudur, Ciqurda infarkt keçirdi. Bu gün səhər təcili yardım çağırdım və onu xəstəxanaya yerləşdirdilər. O reanimasiyadadır. Vəziyyəti ilə bağlı hələ məlumat yoxdur. Mənə dedilər ki, daha sonra zəng edim. Reanimasiya şöbəsində telefon, əlbəttə ki, işləmir. Məndən iki-üç saat sonra zəng etməyimi istədilər, indi onunla məşğuldurlar", - deyə Anisina bildirib.

Nikita Ciqurda karyerası ərzində 30-dan çox bədii film və serialda rol alıb.

Mənbə: Oxu.az. Müəllif: Könül Əliyeva. Xəbər Oxu.az-ın icazəsi ilə dərc olunub.

Xəbərə münasibət

Mənbələr