Əsas məzmuna keç

Kriminal

"TikTok"da avtomobil satışı adı ilə beh yığıb müştəriləri bloklayan şəxs tutuldu - Video

Sosial şəbəkələrdə avtomobil elanları yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb.

"TikTok"da avtomobil satışı adı ilə beh yığıb müştəriləri bloklayan şəxs tutuldu - Video
Foto: Oxu.az

Dərc edilib:

1 dəq oxu

Baxış: 3

Müəllif:

Sosial şəbəkələrdə avtomobil elanları yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, "TikTok" sosial şəbəkəsində yayımlanan avtomobil elanları ilə bağlı beh ödəyən şəxslərin aldadılması barədə polisə müraciətlər daxil olub.

Vətəndaşlar müraciətlərində bildiriblər ki, avtomobillərin kreditlə satışı barədə elanlar paylaşan həmin səhifə ilə əlaqə saxlayıblar. Onların sözlərinə görə, qarşı tərəfin tələbi ilə beh göndəriblər, ödənişdən sonra isə səhifədə bloklanıblar.

Bakının Nərimanov rayonunda polisin keçirdiyi tədbirlərlə qeyd edilən dələduzluq əməllərini edən Elvin Məhərrəmov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Mənbə: Oxu.az. Müəllif: Pərvanə Dadaşzadə. Xəbər Oxu.az-ın icazəsi ilə dərc olunub.

Xəbərə münasibət

Mənbələr