Kürdəmirdə qəza: Yaralıların son vəziyyəti açıqlandı
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Dərc edilib:
1 dəq oxu
Baxış: 0
Müəllif: Super Admin
Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyətləri açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, hadisə səbəbi ilə xəsarət alan dörd nəfər (iki kişi, iki qadın) noyabrın 23-ü saat 13:00-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar".
Aygün Mirakif
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Şilyan kəndi ərazisində qeydə alınıb.
Belə ki, Göyçay rayon sakini Rəsul İsmayılovun idarə etdiyi VAZ-2107 markalı avtomobil idarəetməni itirərək, yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Mənbə: Oxu.az. Xəbər Oxu.az-ın icazəsi ilə dərc olunub.
Mənbələr
- Oxu.az — Agentlik



